
Kuman istefa verəcək?
“Barselona”nın baş məşqçisi Ronald Kuman Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda “Benfika”ya məğlub olduqları oyundan sonra komandadakı gələcəyi haqda fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, Kuman, “istefa verməyi düşünürsüzmü” sualına belə cavab verib:
“Gələcəyim haqda nəsə deyə bilmərəm. Klubun bu məsələdə nə düşündüyünü bilmirəm. Bu, mənim əlimdə deyil. Görək, necə olacaq.
Bütün diqqətim komandadadır. Futbolçuların dəstəyini hiss edirəm”.
“Barselona” Çempionlar Liqasında “Benfika”ya (Portuqaliya) 0:3 hesabıyla uduzub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin