“Barselona”nın La Liqadakı mövqeyindən narazıyam, amma…” – Kuman
“Barselona”nın baş məşqçisi Ronald Kuman Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində Kiyev “Dinamo”suna (Ukrayna) qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bildirib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, niderlandlı mütəxəssis, oyuna yaxşı hazırlaşdıqlarını deyib:
“Düzdür, “Barselona”nın La Liqadakı mövqeyindən narazıyam, amma bu gün bizi başqa oyun gözləyir. Çempionlar Liqasında pley-off mərhələsinə yüksəlmək üçün fürsətdən istifadə etməliyik. “Dinamo” ilə ilk oyun bizim üçün çətin olmuşdu. Yaxşı oynamasaq, rəqibimiz işlərimizi çətinləşdirə bilər”.
Bu gün keçiriləcək “Dinamo” – “Barselona” matçı saat 00:00-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin