“Özümün deyil, klubun gələcəyindən narahatam” – Setyen
“Barselona”nın baş məşqçisi Kike Setyen La Liqanın sonuncu turunda “Alaves”i məğlub etdikləri matçdan sonra fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, “Marca” nəşrinə danışan Setyen, 5:0 hesabıyla qələbə qazandıqları görüşü belə şərh edib:
“Hər zaman sakit olmuşam. Özümün deyil, klubun gələcəyindən narahatam. Bütün diqqətimi işə vermişəm, ancaq idarə edə bilmədiyim şeylər var. Buna baxmayaraq, hər zaman mənə dəstək olduğunu hiss etmişəm.
Çempionlar Liqasına hazırlaşmağa çox vaxt ayırdıq və hamımız oyunu gözləyirik. Hazırlıq zamanı bəzi şeyləri düzəltmişik. “Alaves” üzərindəki qələbə gələcəyə daha inamla baxmağa imkan verir”.
“Barselona” La Liqada mövsümü ikinci sırada tamamlayıb. Komanda Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunu çərçivəsində avqustun 8-də “Napoli” ilə qarşılaşacaq. Komandalar arasındakı ilk oyun qollu bərabərliklə bitib – 1:1.
Bizi Facebook-da izləyin