Setyendən 2:8-ə şərh: “Çox ağır nəticədir”
“Barselona”nın baş məşqçisi Kike Setyen Çempionlar Liqasının 1/4 final mərhələsində “Bavariya”ya məğlub olduqları oyundan sonra fikirlərini bildirib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Setyen, 2:8 hesabıyla bitən görüşü belə şərh edib:
“Çox ağır nəticədir. Oyuna yaxşı başlamışdıq, amma rəqibin gücü bizimkindən daha çox idi. Mən sadəcə bir neçə aydır burdayam. Jerar Pike desə ki, böyük dəyişikliklərin zamanıdır, onda onun sözləri önəmli olacaq. Gələcəyimiz üçün lazım olan qərarları verməyimizin vaxtıdır. Qalıb-qalmayacağım haqda nəsə demək üçün hələ tezdir. Həqiqət budur ki, bu, mənə bağlı olan bir şey deyil”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin