
“Hər şey onların xeyrinə idi” – Valverde
“Barselona”nın baş məşqçisi Ernesto Valverde Çempionlar Liqasında “İnter”i məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, ispan mütəxəssis, 2:1 hesabıyla qələbə qazandıqları oyun belə şərh edib:
“Hər iki komanda üçün vacib oyun idi. “İnter” ilk cəhddəcə qol vurmağı bacardı. O andan sonra hər şey onların xeyrinə idi.
“İnter” əks-hücumlarda güclü komandadır. Onların A Seriyasında lider olmaları təsadüfi deyil. Ancaq ikinci hissədə biz daha yaxşı oynadıq”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin