Flik bu gün Ter Ştegenlə görüşəcək

“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen bu gün komandanın baş məşqçisi Hans-Diter Fliklə görüşəcək.

Daha əvvəl bildirilmişdi ki, almaniyalı çalışdırıcı Ter Ştegenlə görüşüb komandadakı yeni rolunu və ya mümkün gedişini müzakirə etməyi planlaşdırır.

Komanda.az COPE-yə istinadən xəbər verir ki, almaniyalı qolkiperlə baş məşqçi artıq bazaya gəlib və danışmalıdırlar.

Kataloniyalıar Ter Ştegenə təzyiq etmək niyyətində deyil. Ancaq onlar yeni transfer Xuan Qarsiya və ötən mövsüm komandaya qoşulan polşalı qapıçı Voyçex Şesnıyə daha çox ümid edirlər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button