“Barselona”nın baş məşqçi postuna namizədlərin sayı azalıb

“Barselona” rəhbərliyi yeni baş məşqçi vəzifəsinə namizədlərin sayını 3-ə endirib. 

Komanda.az “Football Espana”-ya istinadən xəbər verir ki, namizədlər “Brayton”dan Roberto De Zerbi, “Bayern”in və Almaniya millisinin sabiq baş məşqçisi Hans-Diter Flik və “Bayer”dən Xabi Alonsodur.

Ruben Amorim (“Sportinq”), Tiaqo Motta (“Bolonya”), Mişel Anxel (“Jirona”), Yurgen Klopp (“Liverpul”) və Pep Qvardiolanın (“Mançester Siti”) namizədlər siyahısından çıxarıldığı vurğulanıb.

Kataloniya təmsilçisinin hazırkı çalışdırıcısı Xavi bu mövsümün sonunda klubdan ayrılacağını açıqlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button