Kumanın “Barselona”dakı gələcəyi bundan asılıdır

“Barselona”nın baş məşqçisi Ronald Kuman mövsümün sonunda komandanı tərk edə bilər.

Komanda.az xəbər verir ki, bu barədə “Cadena Ser” nəşri məlumat yayıb. Xəbərdə, “Barselona”nın yeni prezidenti Xuan Laportanın Kumanın yerinə “Leyptsiq”in çalışdırıcısı Yulian Naqelsmannı gətirmək istədiyi bildirilib.

“Barselona” bu mövsüm La Liqanı qazanacağı halda, Kuman baş məşqçi postunda qala bilər. Kataloniya təmsilçisi hazırda La Liqada 56 xalla 2-ci sıradadır. Komanda lider “Atletiko”dan 6 xal geri qalır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button