“Messinin yoxluğunu hiss etdik” – Kuman
“Barselona”nın baş məşqçisi Ronald Kuman La Liqanın 16-cı turu çərçivəsində “Eybar”a qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, “Marca” nəşrinə danışan Kuman, 1:1 hesabıyla bitən görüşlə bağlı bunları deyib:
“Lionel Messinin yoxluğunu hiss etdik. Bu oyunda qalib gəlməməyimizin necə mümkün olduğunu başa düşə bilmirəm. Çox sayda qol imkanları yaratdıq, penaltidən yararlana bilmədik və yenə qapımızda qol gördük. Hansı ki, bu, “Eybar”ın ikinci hissədə qapımıza endirdiyi yeganə zərbə idi”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin