Kumandan 2:2-yə şərh: “Çətin oyun oldu”

“Barselona”nın baş məşqçisi Ronald Kuman La Liqanın 14-cü turu çərivəsində “Valensiya”ya qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, niderlandlı mütəxəssis, 2:2 hesabıyla bitən görüşlə bağlı bunları deyib:

“Çətin oyun oldu. Hesabı bərabərləşdirsək də, oyuna çox fokuslana bilmədik. Şansımız var idi, ancaq bəzi mövqelərdə yaxşı cəmləşə bilmədik. Rəqib də yaxşı müdafiə olunurdu və qol imkanları yaratmaqda çətinlik çəkirdik.

İki qol vursaq da, davamını gətirə bilmədik. Komandada diqqətsizlik var idi. Müdafiədə topa nəzarət edə bilmirik. Futbolçular arxada nə edəcəklərini bilməlidirlər”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button