
Messi üçün darıxacaqlar, amma…
“Barselona”nın baş məşqçisi Ronald Kuman argentinalı hücumçu Lionel Messinin klubdan ayrılması ilə bağlı fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, niderlandlı mütəxəssis, Messi üçün darıxacaqlarını deyib:
“Əlbəttə, dünyanın ən yaxşı oyunçusu – Messi üçün darıxacağıq. Ancaq onun ayrılığını qəbul etməliyik. Keçmişi düşünməyin mənası yoxdur. Bizim perspektivli komandamız var”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin