“Barselona” müdafiəçisi üçün 100 milyon avroluq təklif gözləyir

Uruqvay millisinin və “Barselona”nın müdafiəçisi Ronald Arauxo satılmayacağı ilə bağlı məlumatlara baxmayaraq, hələ də komandanı tərk edə bilər.

Komanda.az “Deadlinedaylive”-ə istinadən xəbər verir ki, “Barsa” rəhbərliyi futbolçu üçün 100 milyon avro təklif olunsa, onunla ayrılmağa hazırdır. Uruqvaylı müdafiəçinin xidmətində “Bayern”, “Çelsi” və “Mançester Yunayted” maraqlıdır.

25 yaşlı futbolçu İspaniya çempionatının ötən mövsümündə 25 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button