“Barselona”nın ABŞ şirkəti ilə yeni müqaviləsinin detalları bəlli olub

“Barselona” Amerikanın “Nike” şirkəti ilə əməkdaşlığı davam etdirmək üçün razılaşmaya yaxındır.

Komanda.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb. Tərəflər 10 illik yeni müqavilə imzalaya bilərlər. Müqavilənin şərtlərinə əsasən, kataloniyalılar bu müddət ərzində ABŞ şirkətindən 1,7 milyard avro alacaq. Müqaviləyə 158 milyonluq imza bonusu da daxildir.

“Barsa” ilə “Nike” arasında hazırkı müqavilə 2028-ci ildə başa çatacaq.

Hans-Diter Flikin komandası cari mövsümdə İspaniya çempionatında turnir cədvəlinə başçılıq edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button