“Barselona”nın 8 milyon avroluq “səhv”i

“İnter”in argentinalı hücumçusu Lautaro Martines bir neçə il əvvəl “Barselona”da çıxış edə bilərmiş.

Komanda.az xəbər verir ki, bu barədə “Diario Sport” məlumat yayıb.

Məlumata görə, “Barselona” Martinesi hələ Argentinada oynayanda (2018-ci ildən əvvəl) 8 milyon avroya almağa yaxın olub. Lakin Kataloniya klubu onun transferi ilə bağlı yekdil razılığa gələ bilmədiyi üçün diqqəti başqa prioritetlərə yönəltməyə qərar verib.

27 yaşlı hücumçu bu mövsüm “İnter”in heyətində 47 oyun keçirib, 21 qol vurub və 6 məhsuldar ötürmə edib. Martinesin klubla hazırkı müqaviləsi 2029-cu ilə kimi nəzərdə tutulub. “Transfermarkt” futbolçunun dəyərini 95 milyon avro qiymətləndirir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button