“Barselona”nın 300 milyonluq satış planı
“Barselona” yay transfer pəncərəsi dövründə heyətinə yeni futbolçu qatmaq üçün bəzi oyunçularını satacaq.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Kataloniya təmsilçisi UEFA-nın maliyyə qaydalarını pozmamaq üçün satdığı futbolçulardan ən az 300 milyon avro gəlir qazanmaq niyyətindədir.
“Barselona” ilk transferini “Ayaks”dan edib. Kataloniya təmsilçisi Hollandiya millisinin də üzvü olan Frenki de Yonqu heyətinə qatıb. Mövsümün sonunda komandaya qoşulacaq 22 yaşlı yarımmüdafiəçi üçün “Barsa” 75 milyon avro ödəməlidir.
Digər tərəfdən, “Ayntraxt”dan Luka Yoviç, “Ayaks”dan Matteys de Liqt, “Atletiko”dan Antuan Qrizmannı da transfer etmək istəyən “Barselona”, futbolçuların transfer məbləğlərini qarşılaya bilmək üçün bəzi əsas oyunçularını satacaq.
Kataloniya klubunun Filippe Koutinyo, Samuel Umtiti və İvan Rakitiçlə yollarını ayırmağı planlaşdırıldığı bildirilir.
Bizi Facebook-da izləyin