“Barselona”nın 3 milyard avro borcu var!
“Barselona”nın keçmiş meneceri klubun milyardlarla dollar borcu olduğunu bildirib.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, keçmiş menecer Jaume Lopis Kataloniya klubunun maliyyə vəziyyətini qiymətləndirib.
“Barsa” artıq SAD-dır (İspaniyada açıq ictimai məhdud şirkət növü), bəzi aktivlər digər şirkətlərə və maliyyə tərəfdaşlarına satılıb.
“Barselona” indi Xosep Maria Bartomeunun vaxtında olduğundan daha az pula sahibdir: daha az gəlir, daha çox xərc, daha az aktiv” – deyə, keçmiş menecer bildirib.
Lopis “Barselona”nın ümumi borcunun 3 milyard avro olduğunu da deyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin