
“Barselona”nın aparıcı oyunçusu sıradan çıxıb
“Barselona”nın müdafiəçisi Jül Kunde ciddi zədə alıb.
Fransalı futbolçu UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin “İnter”ə qarşı ilk oyununda start heyətində meydana çıxsa da, artıq 42-ci dəqiqədə məcburi əvəzlənərək, yerini Erik Qarsiyaya verib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ilkin tibbi proqnozlar ürəkaçan deyil. Kundenin mayın 6-da “San Siro”da keçiriləcək cavab oyununda iştirak etməsi demək olar ki, mümkünsüzdür.
26 yaşlı futbolçu cari mövsümdə “Barselona”nın əsas oyunçulardan biridir. O, 52 oyunda forma geyinib və demək olar ki, hamısında start heyətində meydana çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



