“Barselona”nın futbolçusu əməliyyat oluna bilər
“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq yaxın vaxtlarda əməliyyat oluna bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı futbolçunun dizində hələ də problemlər var. Bildirilir ki, yaxın günlərdə “Barselona”nın həkimləri yarımmüdafiəçinin müalicəsini davam etdirib-etdirməməsinə qərar verəcək. De Yonqa əməliyyat olunmağı məsləhət görüləcəyi ehtimalı var.
27 yaşlı futbolçu Niderland millisinin Avropa çempionatındakı matçlarını zədə səbəbindən buraxıb.
De Yonq “Barselona”nın ən yüksək maaş alan oyunçusu olaraq qalır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin