“Barselona”nın oyunu ABŞ-da keçirilməyəcək

İspaniya La Liqasının dekabrda keçirilməsi planlaşdırılan “Vilyarreal” – “Barselona” oyunu Mayamidə baş tutmayacaq.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, La Liqa rəhbərliyi İspaniyada yaranan mənfi reaksiyaya görə, matçın ABŞ-da təşkilindən imtina edildiyini açıqlayıb. Qərardan sonra “Barselona” rəsmi bəyanat yayaraq mövqeyini bildirib:

“Barselona” Mayamidə “Vilyarreal”la matçın keçirilməməsi barədə qərarı qəbul edir və hörmətlə yanaşır. Həmçinin, klub daha əvvəl oyunun ABŞ-da keçirilməsi ilə bağlı qərarı da eyni hörmətlə qəbul etmişdi”.

Kataloniya klubu həmçinin, La Liqanın beynəlxalq imicinin genişləndirilməsi üçün yaranan fürsətin əldən getməsindən təəssüfləndiyini qeyd edib:

“Bizim üçün məyusedicidir ki, ABŞ-dakı azarkeşlər komandamızı canlı izləmək imkanını itirdilər”.

Daha əvvəl “Real” və La Liqanın bir neçə digər klubu matçın ABŞ-da keçirilməsinə qarşı çıxmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button