“Barselona”nı “Sevilya”ya dəyişəcək

“Barselona”nın müdafiəçisi Kleman Lanqle yayda komandasını dəyişməyə hazırlaşır.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, fransalı futbolçu karyerasını elə La Liqada davam etdirə bilər.

Belə ki, “Sevilya” 26 yaşlı mərkəz müdafiəçisini mövsümün sonunda heyətinə qatmağı planlaşdırır. Lanqle İngiltərənin bir neçə Premyer Liqa klubunun diqqət mərkəzində olsa da, İspaniyada qalmağı üstün tutur.

Lanqlenin “Barselona” ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button