“Barselona”nı Messi qədər sevən futbolçu yoxdur” – Bekhem
“İnter Mayami”nin sahibi Devid Bekhem komandanın hücumçusu Lionel Messi haqqında danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə millisinin keçmiş üzvü Messinin Mayamidə yaşamasını istədiyini bildirib:
“Mən istərdim ki, Messi karyerasını bitirdikdən sonra Mayamidə yaşasın. Amma mənə deyir ki, o, yalnız “Kamp Nou” yaxınlığında yaşamağı düşünür. “Barselona”nı onun qədər sevən futbolçu yoxdur. Ayağında və hətta içdiyi su şüşəsinin üzərində onun kluba olan güclü sevgisini simvolizə edən “Barselona” loqosu var”.
Messi 2023-cü ilin iyulundan “İnter Mayami”də çıxış edir. Argentinalı futbolçu ötən mövsüm MLS klubunun heyətində bütün turnirlərdə 14 oyun keçirib, 11 qol vurub və 5 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin