“Barselona”nın keçmiş futbolçusu “Real”ın baş məşqçisini təriflədi

“Barselona”nın sabiq yarımmüdafiəçisi Andres İnyesta “Real”ın baş məşqçisi Karlo Ançelottinin cari mövsümdəki işini yüksək qiymətləndirib.

Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, İnyesta, italiyalı çalışdırıcının məşqçi kimi inanılmaz olduğunu bildirib:

“Ançelotti haqqında deyiləcək çox şey yoxdur. Artıq karyerası öz sözünü deyir. Bir oyunçu və məşqçi kimi Karlo sadəcə inanılmazdır. “Real”ı iki dəfə çalışdırmaq və hər iki halda uğur qazanmaq imkanı əldə etmək asan deyil”.

İtaliyalı məşqçinin ilk dəfə Madrid komandasına rəhbərlik etməsi 2013-15-ci illərdə olub. Ançelotti ikinci dəfə 2021-ci ilin iyulunda “Real”a gəlib. O, klubda işlədiyi müddətdə 9 kubok qazanıb. 64 yaşlı mütəxəssisin “kral klubu” ilə müqaviləsi 2026-cı ilin iyunun sonuna kimidir.

“Real” hazırda La Liqanın 28 turundan sonra 69 xalla birinci yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button