“Barselona”nın zədəli futbolçusundan yeni xəbər
“Barselona”nın yarımmüdafiəçisi İlkay Gündoğan ciddi zədədən xilas olub.
Komanda.az “Marca” nəşrinə istinadən xəbər verir ki, Almaniya millisinin kapitanının Fransa ilə yoldaşlıq görüşündə (2:1) çanaq sümüyü əzilib.
Məlumatda bildirilib ki, 32 yaşlı futbolçunun zədəsi ciddi deyil. Gündoğanın La Liqada bazar günü keçiriləcək “Betis”lə oyunda iştirak edə biləcəyi gözlənilir.
Bununla belə, “Barsa”nın baş məşqçisi Xavi futbolçuya istirahət verib. Xavi Gündoğanın sentyabrın 19-da Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunun “Antverpen”lə oyununa tam hazır olmasını istəyir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin