“Barselona”dan zədəli futbolçu ilə bağlı açıqlama
“Barselona” Frenki de Yonqun zədədən qayıtması ilə bağlı açıqlama verib.
Komanda.az Kataloniya klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, həkimlər niderlandlı yarımmüdafiəçinin oynamasına icazə veriblər:
“Həkimlər Frenki de Yonqun oynamasına icazə verdilər və o, “Yanq Boyz”a qarşı oyun üçün heyətə daxil ediləcək”.
De Yonq 2024-cü ilin aprel ayında topuğundan ciddi zədə almışdı.
“Barselona” bu gün UEFA Çempionlar Liqasının 2-ci turunda “Yanq Boyz”u qəbul edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin