
“Barselona”dan yeni rekord
“Barselona” İspaniya La Liqasının 27-ci turunda “Elçe”ni məğlub edib (4:0).
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi bu matçda yeni rekorda imza atıb. “Barselona” cari mövsümdə ölkə çempionatında keçirdiyi 27 görüşün 20-də qapısını toxunulmaz saxlayıb.
27 oyuna 71 xal yığan “Barsa” çempionat tarixinin ikinci ən yaxşı nəticəsini müəyyənləşdirib.
Katalonlar hazırda İspaniya çempionatının turnir cədvəlində 71 xalla birincidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin