“Barselona”dan Torreslə bağlı açıqlama
“Barselona”nın məşqçilər korpusu Ferran Torresin fiziki durumundan razıdır.
Komanda.az “Relevo”-ya istinadən xəbər verir ki, onun 2022/23 mövsümü başa çatdıqdan sonra yay aylarında xeyli məşq etdiyi açıqlanıb.
Klub hesab edir ki, Torres hazırda əvvəlki illərdən daha yaxşı formadadır.
Ferran Torres 2022-ci ildən “Barsa”da oynayır. O, Kataloniya klubunda 71 oyuna çıxıb, 14 qol vurub və 9 məhsuldar ötürmə edib. İspaniyalı forvard cari mövsümdə də qol hesabını açıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin