“Barselona”dan Rafinya ilə yeni müqavilə

“Barselona” braziliyalı futbolçusu Rafinya ilə yeni müqavilə imzalayıb.

Komanda.az xəbər verir ki, bu barədə kataloniyalıların mətbuat xidməti məlumat yayıb.

Hücumçunun yeni sözləşməsi 2028-ci ilə qədərdir.

28 yaşlı oyunçu 2022-ci ildən “Barselona”da çıxış edir. O, komandasının heyətində iki dəfə İspaniya çempionu olub, bir dəfə ölkə kubokunu, iki dəfə isə superkuboku qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button