Ansu Fati Fransa klubuna keçməyə razılıq verib

“Barselona”nın hücumçusu Ansu Fati Fransa çempionatına transfer olunur.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 22 yaşlı futbolçu “Monako”ya keçməyə razılıq verib.

Hazırda tərəflər ispaniyalı forvardın icarəyə verilməsi və sonradan transfer hüququnun alınması ilə bağlı danışıqlar aparır.

Fatinin hazırkı dəyəri 5 milyon avro təşkil edir. O, ötən mövsüm “Barselona”nın heyətində 11 oyunda iştirak etsə də, qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb. Onun Kataloniya klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button