“Barselona”dan Messiyə yeni müqavilə təklifi
İspaniyanın “Barselona” klubu ulduz futbolçusu Lionel Messiyə yeni müqavilə təklif etməyə hazırlaşır.
Komanda.az xəbər verir ki, belə bir iddianı İspaniyanın “Mundo Deportivo” nəşri yayıb.
Məlumatda bildirilir ki, Kataloniya təmsilçisi argentinalı hücumçu ilə sözləşmənin müddətini 2023-cü ilə qədər uzatmağı planlaşdırır.
Messinin “Barselona” ilə mövcud müqaviləsinin müddəti 2021-ci ilin iyul ayında başa çatacaq.
Argentina millisinin də şərəfini qoruyan oyunçu 2004-cü ildən bəri “Barselona”da çıxış edir. O, cari mövsüm İspaniya La Liqasında 24 oyunda 25 qola imza atıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin