Messiyə ad günü təbriki: “Unikal və tayı-bərabəri olmayan!”

Lionel Messi bu gün doğum gününü qeyd edir. “Qızıl top”u 8 dəfə qazanan argentinalı futbolçunun 38 yaşı tamam olur.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu münasibətlə Messinin sabiq klubu “Barselona” rəsmi paylaşım edib:

“Ad günün mübarək, unikal və tayı-bərabəri olmayan!”

Messi “Barselona”nın heyətində 2021-ci ilin ortalarına qədər, uzun illər çıxış edib. O, hazırda ABŞ-ın “İnter Mayami” klubunun formasını geyinir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button