
“Barselona” Afrika ölkəsi ilə müqavilə bağlayıb
“Barselona” marketinq sahəsində diqqətçəkən addım ataraq, Afrika qitəsinin az tanınan ölkələrindən olan Demokratik Konqo Respublikasının (DKR) tanıdılması üçün sponsorluq müqaviləsi imzalayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, razılaşmaya əsasən, 2029-cu ilə qədər “Barselona”nın bütün komandalarının formalarında “RDC – Coeur d’Afrique” (yəni, “DKR – Afrikanın ürəyi”) loqosu yer alacaq.
Bu, həm əsas komandaya, həm də digər yaş qruplarına şamil olunur.
Bu unikal əməkdaşlıq vasitəsilə ölkə beynəlxalq arenada daha çox tanınmaq və nüfuz qazanmaq niyyətindədir. Söhbət keçmiş adı ilə tanınan Zair ölkəsindən gedir. Maraq üçün qeyd edək ki, dünyada Konqo adını daşıyan iki ölkə mövcuddur – Konqo Respublikası və Demokratik Konqo Respublikası.
La Liqada 2025/26 mövsümünə avqustun 15-də start veriləcək. “Barselona” ilk turda “Malyorka” ilə qarşılaşacaq.
Bizi Facebook-da izləyin