“Kuman mənə hörmətsizlik etdi”

“Barselona”dan icarə əsasında “Beşiktaş”a keçən Miralem Pyaniç açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi, Kataloniya təmsilçisinin baş məşqçisi Ronald Kumanın ona hörmətsizlik etdiyini deyib:

“Kuman özümə güvənimi öldürürdü. O, mənə hörmətsizlik etdi, mənimlə maraqlanmırdı. Bu, çox qəribədir. Çünki elə baş məşqçi yoxdur ki, yalnız əsas heyətə diqqət göstərsin. Komanda daxilində əlaqələr qurmağın başqa yolları var.

Hər şeyi qəbul edə bilərəm, amma əvvəlcə üz-üzə danışmaq istəyirəm. Mən sona qədər mübarizə apardım, peşəkarlıqla davrandım, həmişə yaxşı işlədim. Bilirdim ki, Kuman komandada qalsa, yeni klub axtarmalı olacam”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button