“Sevilya” azarkeşlərinə görə “tvitter”ini sildi – “Barselona”nın futbolçusu
“Barselona”dan icarə əsasında “Betis”ə keçən Karles Alenya “tvitter” hesabını silib.
Komanda.az xəbər verir ki, buna səbəb 22 yaşlı yarımmüdafiəçinin İspaniya mətbuatına verdiyi açıqlama olub. Belə ki, “Betis” azarkeşi olduğunu deyən Alenya, “Sevilya” azarkeşləri tərəfindən təhqir olunub. Bundan sonra o, “tvitter” hesabını silib.
Alenyanın “Sevilya” arazkeşlərinin qəzəbinə səbəb olan açıqlaması budur:
“Betis”ə keçdikdən sonra artıq “Betis” və “Sevilya” arasında olan qarşıdurmanı bilirsən və anti-“Sevilya”lı olmalısan. İndi tamamilə “Betis”liyəm”.
Alenya mövsümün sonuna qədər icarə əsasında “Betis”də forma geyinəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin