“Barselona”dan futbolçusu ilə yeni müqavilə
İspaniyanın “Barselona” klubu futbolçusu Fermin Lopeslə müqavilə müddətini uzadıb.
Komanda.az kataloniyalıların mətbuat xidmətinə istinadən xəbər verir ki, yarımmüdafiəçinin yeni sözləşməsinin müddəti 2029-cu ilə qədər nəzərdə tutulub.
Müqavilədə 500 milyon avro təzminat maddəsi də yer alıb.
Lopes kataloniyalıların heyətində 48 oyunda meydana çıxıb və 11 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin