
“Barselona” keçmiş futbolçusuna təşəkkür etdi
“İnter Mayami”nin yarımmüdafiəçisi Serxio Buskets mövsümün sonunda futbolçu karyerasını bitirəcəyini açıqlayıb. Onun qərarına sabiq klubu “Barselona” da münasibət bildirib.
Komanda.az xəbər verir ki, Kataloniya təmsilçisinin mətbuat xidməti sosial şəbəkədə paylaşım edərək, Busketsi ehtiramla yad edib:
“Həyatının klubu. “Barselona”nın əfsanəsi. Serxio, oyunun üçün təşəkkür edirik”.
Buskets “Barselona” akademiyasının yetirməsidir və 2008–2023-cü illər ərzində əsas komandada çıxış edib. O, bu müddətdə klubla birlikdə UEFA Çempionlar Liqası, La Liqa və digər beynəlxalq titullar da daxil olmaqla, çoxsaylı kuboklar qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



