“Barselona”nı BƏƏ klubuna dəyişdi – rəsmi

Bosniya və Herseqovina yığmasının yarımmüdafiəçisi Miralem Pyaniç İspaniyanın “Barselona” klubundan ayrılıb.

Komanda.az xəbər verir ki, 32 yaşlı futbolçu Birləşmiş Ərəb Əmirliklərinin “Şarca” klubuna keçib. Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar.

İspaniya klubu ilə 2024-cü ilin yayına qədər müqaviləsi olan Pyaniç, sözləşməsini qarşılıqlı razılıq əsasında ləğv edib. O, azad agent kimi keçdiyi BƏƏ klubu ilə 2+1 illik müqaviləyə imza atıb.

Pyaniç “Barselona”ya 2020-ci ilin sentyabrında İtaliyanın “Yuventus” klubundan 60 milyon avro qarşılığında keçmişdi. Lakin o, Kataloniya təmsilçisində cəmi 30 oyun keçirsə də, qol vura bilməyib. Ötən mövsümdə isə yarımmüdafiəçi icarə əsasında Türkiyənin “Beşiktaş” klubunun uğurları üçün çalışıb.

Bosniyalı futbolçu İtaliyada “Yuventus”dan başqa, “Roma”nın da uğurları üçün çalışıb. Peşəkar karyerasına Fransanın “Mets” klubunda başlamış oyunçu, bu ölkədə “Marsel”in də formasını geyinib. O, Bosniya və Herseqovina yığmasında 107 oyuna çıxıb, 18 qola imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button