“Barselona”dan ayrılıb, ölkəsinə gedib

“Barselona”nın hücumçusu Memfis Depay bu il Qətərdə keçiriləcək dünya çempionatına hazırlıq üçün komandanı vaxtından əvvəl tərk edib.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, 28 yaşlı futbolçu artıq Niderlanddadır və burada zədədən sağalma prosesini “Barselona”nın fizioterapevtləri ilə təmasda olaraq, şəxsi məşqçisi ilə tamamlayacaq. O, ötən şənbə günü, “Almeriya” ilə oyundan (2:0) sonra klubun bazasını tərk edib.

Depay sentyabrın sonunda, UEFA Millətlər Liqasının oyunları zamanı milli komandanın düşərgəsində aldığı zədəsini sağaldır.

DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək. Hollandiya millisi A qrupunda Qətər, Ekvador və Seneqalla mübarizə aparacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button