“Barselona”dan ayrıldı, PSJ-yə üz tutdu
İspaniyanın “Barselona” klubunun futbol akademiyasında yetişən və bu komandanın gələcək ulduzlarından biri kimi göstərilən Xavi Simons Kataloniya təmsilçisi ilə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, 16 yaşlı Xavi bu barədə sosial şəbəkə hesabında məlumat yayıb. O, “Barselona”dan ayrıldığını bəyan edib.
İspaniya mətbuatının yazdığına görə, Simonsun agenti Mino Rayoladı. Məhz o, Kataloniya klubu ilə hansısa məsələdə anlaşa bilmədiyi üçün, Simonsun getməsini istəyib.
Artıq Xavinin yeni komandası da müəyyənləşib. PSJ rəsmi saytı vasitəsilə “Barselona”nın yetirməsi ilə müqavilə imzalandığını açıqlayıb. Simonsun Paris təmsilçisi ilə anlaşması 2022-ci ilin yayına qədərdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin