İtaliyadan 3 “elçi”si var – “Barselona”dan ayrılan futbolçunun

“Barselona”nın sabiq yarımmüdafiəçisi Serxi Roberto “Fiorentina”ya keçə bilər.

Komanda.az “Relova”-ya istinadən xəbər verir ki, İtaliya klubu azad agent olan ispaniyalı futbolçuya müqavilə təklif etməyə hazırdır.

“Roma” və “Komo” da Roberto üçün mübarizə aparır.

32 yaşlı yarımmüdafiəçi “Barselona”nın məzunudur. O, 2023/24 mövsümündə kataloniyalıların heyətində 24 matçda 3 qol vurub və 3 məhsuldar ötürmə edib.

Serxi Roberto avqustun 11-də “Barselona”dan ayrıldığını açıqlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button