“Barselona”dan 3 futbolçu ilə bağlı rəsmi açıqlama
“Barselona” klubu Joao Feliks, Joao Kanselo və Markos Alonso ilə bağlı qərar verib.
Komanda.az xəbər verir ki, Kataloniya klubu bu barədə rəsmi saytında məlumat yayıb. Kataloniya klubu üç futbolçunun – müdafiəçilər Markos Alonso və Joao Kanselonun, həmçinin hücumçu Joao Feliksin komandadan ayrıldığını açıqlayıb.
Alonsonun “Barselona” ilə müqaviləsi iyunun son günündə başa çatır. Feliks və Kanselo ilə bağlı vəziyyət də oxşardır: onların klubla icarə müqavilələri başa çatıb. Beləliklə, portuqaliyalı futbolçular müvafiq olaraq “Atletiko” və “Mançester Siti”yə qayıdırlar.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin