“Barselona” ona görə 115 milyon avro ödəyəcək?
“Barselona”nın yayda transferdə əsas hədəfi məlum olub.
Komanda.az xəbər verir ki, Kataloniya təmsilçisi “Mançester Yunayted”dən Markus Reşfordu transfer etmək niyyətindədir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Xəbərdə, “Barselona”nın 21 yaşlı hücumçu üçün 115 milyon avro təklif edəcəyi bildirilib. “Mançester Yunayted” Reşfordu komandada saxlamaq istəsə də, ingilis futbolçu klubdan ayrılmaq niyyətindədir. “Qırmızı şeytanlar” Reşfordla 2024-cü ilə qədər yeni sözləşmə imzalamaq istəyir.
“Mançester Yunayted”lə 2020-ci ilin yayına qədər müqaviləsi olan Reşford, bu mövsüm Premyer Liqada 30 qarşılaşmada iştirak edərək, 10 qol vurub və 7 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin