“Barselona”da yeni rekordçu
İspaniya çempionatının 32-ci turu çərçivəsində keçirilən “Betis”lə oyunda (4:0) “Barselona”nın əsas komandasında debüt edən 15 yaşlı Lamin Yamal rekorda imza atıb.
Komanda.az xəbər verir ki, 15 yaş 290 günlüyündə meydana çıxan futbolçu Kataloniya klubunun tarixində La Liqa görüşündə oynamış ən gənc oyunçu olub.
La Liqada mütləq rekordçu isə 2019/2020 mövsümündə “Malyorka”da debüt edən Luka Romerodur. Romero arzusuna 15 yaş 219 günlüyündə çatıb.
Xatırladaq ki, Yamal “Betis”lə matçın 86-cı dəqiqəsində 18 yaşlı Qavini əvəzləyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin