
“Barselona”da yeni müqavilə
İspaniyanın “Barselona” komandası müdafiəçisi Pau Kubarsi ilə müqavilə müddətini uzadıb.
Komanda.az bu barədə klubun mətbuat xidmətinə istinadən xəbər verir.
18 yaşlı futbolçu kataloniyalılarla 2029-cu il iyun ayına qədər yeni sözləşmə imzalayıb.
Gənc oyunçu əsas kollektivin heyətində ötən ilin yanvarında debüt edib və o vaxtdan 60 oyunda meydana çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin