
“Barselona”da yeni idman direktoru
Portuqaliya millisinin sabiq futbolçusu Deko İspaniyanın “Barselona” klubunun idman direktoru təyin olunub.
Komanda.az Kataloniya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 46 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.
Xatırladaq ki, Deko 2004-2008-ci illərdə “Barselona”da çıxış edib. O, komanda ilə iki dəfə İspaniya çempionu olub və bir dəfə UEFA Çempionlar Liqasını qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin