“Barselona”da Rafinya var, o yoxdursa, Olmo var, onlar orada deyillərsə…”

“Real Sosyedad”ın baş məşqçisi İmanol Alquasil “Barselona” ilə matçdan sonra fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı “Barselona”nın heyətinin genişliyindən danışıb:

“Barselona”da Rafinya var, o yoxdursa, Dani Olmo var. Onlar orada deyillərsə, Pedri və Kasado, eləcə də əla mövsüm keçirən İniqo Martines var”.

Kataloniyalılar 17-ci dəqiqədən bir nəfər azlıqda qalan basklarla oyunda (4:0) qələbə qazanıb. Maraqlıdır ki, qonaqlar qapıya bir dəfə belə, zərbə endirməsə də, “Barsa” buna 33 dəfə cəhd edib.

Hans-Diter Flikin komandası “Atletiko” (56) və “Real”ı (54) geridə qoyaraq, 57 xalla La Liqanın turnir cədvəlinə başçılıq edir. “Real Sosyedad” 34 xalla 9-cu pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button