“Barselona”nı sevindirən xəbər
“Barselona”nın yarımmüdafiəçisi Qavinin ciddi zədəsinin sağalması başa çatır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Barselona” keçən ilin noyabrında çarpaz bağı yırtıldığı üçün sıradan çıxan ispan futbolçunun sabahdan ümumi qrupla məşq edəcəyini gözləyir. 20 yaşlı yarımmüdafiəçinin meydana nə vaxt qayıdacağı hələlik məlum olmasa da, bu, uzaqda deyil.
Sentyabrın 15-də Hans-Diter Flikin komandası səfərdə “Jirona” ilə qarşılaşacaq.
Qavi “Barselona”nın heyətində 111 oyunda 7 qol vurub və 14 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2026-cı ilin ortalarına qədər nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin