
“Barselona”da prezident seçkilərinin vaxtı məlum oldu
İspaniyanın “Barselona” klubunda növbəti prezident seçkilərinin vaxtı müəyyənləşib.
Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Məlumata görə, növbəti prezident seçkiləri 2021-ci ildə, martın 15-də keçiriləcək.
Kataloniya klubunun hazırkı prezidenti Xosep Maria Bartomeudur. Azarkeşlər mövsümü uğursuz tamamlayan klubun hazırkı rəhbərliyinin idarəçiliyindən narazıdır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin