“Barselona”da Pike ilə bağlı qərar verilib
“Barselona” müdafiəçi Jerar Pike ilə müqaviləni yeniləmək niyyətində deyil.
Komanda.az “sport.es”-ə istinadən xəbər verir ki, bu qərarı artıq kataloniyalıların baş məşqçisi Xavi də təsdiqləyib.
Tərəflər müqavilə ilə bağlı danışıqlara bu il Qətərdə keçiriləcək dünya çempionatı zamanı başlayacaq.
36 yaşlı ispaniyalı müdafiəçinin klubla hazırkı müqaviləsi 2024-cü ilin yayında başa çatır.
Pike bu mövsüm bütün turnirlərdə qol vurmadan 7 oyun keçirib.
Daha əvvəl bildirilirdi ki, “Barselona” mövsümün sonunda Jordi Alba, Serxi Roberto və Serxio Busketslə də yollarını ayıracaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin