“Barselona”nı sevindirən xəbər
“Barselona”nın yarımmüdafiəçisi Pedri Avropa çempionatında aldığı zədədən tam sağalıb.
Komanda.az Kataloniya klubunun rəsmi saytına istinadən xəbər verir ki, ispaniyalı futbolçu La Liqanın ilk turunun bu gün “Valensiya”ya qarşı keçiriləcək oyununda iştirak etməyə hazırdır.
“Monako” ilə oyunda (0:3) zədədlənən almaniyalı yarımmüdafiəçi İlkay Gündoğan isə bu matçda iştirak etməyəcək. Bundan başqa, Ronald Arauxo, Qavi və Frenki de Yonq zədə səbəbindən çempionatın ilk oyununda olmayacaq.
“Valensiya” – “Barselona” matçının start fiti saat 23:30-da səslənəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin