“Barselona”da müvəqqəti prezident
Bir gün öncə Xosep Maria Bartomeunun istefasından sonra prezidentsiz qalan “Barselona”ya müvəqqəti rəhbərlik edəcək şəxsin kimliyi bəlli olub.
Komanda.az xəbər verir ki, növbəti prezident seçkisi keçirilənə qədər Kataloniya klubuna Karles Tuskets rəhbərlik edəcək.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Tuskets buna qədər “Barselona”da iqtisadi komitəyə rəhbərlik edirdi.
Qeyd edək ki, Tuskets və onun formalaşdırdığı idarə heyəti uzağı 3 ay kluba rəhbərlik etmək səlahiyyətinə malikdir.
“Barselona”da növbəti prezident seçkiləri gələn ilin martında keçirilməli idi. Lakin Bartomeunun istefasından sonra istisna edilmir ki, erkən seçki təşkil olunsun.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin